Azərbaycanda vəzifəli şəxs dəm qazından öldü

10:48 - 17 Dekabr 2024 - HADİSƏ

Beyləqanda ər-arvad dəm qazından zəhərlənib.

Ucnoqta.az xəbər verir ki, hadisə rayonun Bünyadlı kəndində qeydə alınıb.

Kənd sakini, 1966-cı il təvəllüdlü Məmmədov Bakir Heydər oğlu dəm qazından zəhərlənərək ölüb, arvadı 1974-cü il təvəllüdlü Məmmədova Şəlalə Firidun qızı dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

Modern.az-ın əldə etdiyi məlumata görə, Bakir Məmmədov Bünyadlı kənd mədəniyyət evinin müdiri vəzifəsində çalışırmış.

Cütlüyün 2 qızı və 1 oğlu var. Övladları hadisə zamanı evdə olmayıblar.

Məlumata görə, ər-arvadla ötən gün ərzində əlaqə saxlamaq mümkün olmayıb. Qonşular evə daxil olan zaman Bakir Məmmədovun həyatını itirdiyini, yoldaşının vəziyyətinin isə ağır olduğunu görüblər.

Xəbər xətti