Rusiya prezidenti Vladimir Putin NATO qüvvələrinin Rusiya Federasiyasının sərhədləri yaxınlığında toplanmasına işarə edərək, Avropadakı ABŞ hərbçilərinin sayını misal çəkib.
Ucnoqta.az xəbər verir ki, dövlət başçısı Müdafiə Nazirliyinin kollegiya iclasında qeyd edib.
“NATO ölkələri hərbi xərcləri artırır, Rusiya sərhədləri yaxınlığında alyans qoşunlarının zərbə qrupları yaradılır və toplanır”.
- Putin qeyd edib. Onun sözlərinə görə, “Avropadakı Amerika hərbçilərinin sayı artıq 100 min nəfəri keçib”.