Bu ölkə ilk dəfə silahlı qüvvələrinin sayını artıracaq

10:45 - 17 Dekabr 2024 - DÜNYA

 İspaniya hakimiyyəti son on ildən artıq müddətdə ilk dəfə olaraq silahlı qüvvələrinin sayını artırmaq qərarına gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “El Pais” qəzeti məlumat yayıb.

Məlumata görə, hökumət 2025-2029-cu illərdə hərbçilərin sayının 7500 nəfər artırılmasını nəzərdə tutan iki təşəbbüs üzərində işi başa çatdırır.
Eyni zamanda, bu, yalnız ilk addımdır, çünki əsas sənəd növbəti onillikdə 140 min nəfərə çatmaq üçün hərbçilərin sayının 20 min nəfər artırılmasına yönəlib. 

Nəşrin yazdığı kimi, Silahlı Qüvvələr uzun müddətdir ki, tapşırıqların tədricən genişlənməsi fonunda şəxsi heyətin sayının artırılmasını xahiş edir.
 Maksimum rəqəmə 2010-cu ildə çatmışdı - təxminən 130 min, lakin iqtisadi böhrandan çıxmaq üçün 2023-cü ildə hərbçilərin sayının 117 minə qədər azalmasına səbəb olmuşdur.

Xəbər xətti