Tramp Baydenin bu qərarını ağılsızlıq adlandırıb

22:15 - 16 Dekabr 2024 - DÜNYA

 ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp hazırkı Amerika lideri Co Bayden administrasiyasının Rusiya ərazisinin dərinliklərinə raket zərbələri endirilməsinə icazə vermə qərarını səhv və axmaqlıq hesab edir.

Ucnoqta.az xəbər verir ki, o, bu barədə Floridadakı Mar-a-Laqo malikanəsində noyabr seçkilərində qalib gəldikdən sonra keçirdiyi ilk mətbuat konfransında bildirib.

"Düşünürəm ki, onlar raketlərin Rusiyaya 200 mil buraxılmasına icazə verməməli idilər. Məncə, bu, pis fikir idi və bunun çoxlu mənfi nəticələri oldu. Bu axmaqlıq idi, xüsusən də vəzifəyə başlamazdan bir neçə həftə əvvəl”, - Tramp bildirib.
O, bu addımın onunla razılaşdırılmadığını vurğulayıb. Tramp bu qərara təsir etmək imkanı olsaydı, başqa cür hərəkət edəcəyinə əminliyini ifadə edib və ABŞ prezidenti vəzifəsinə gəldikdən sonra buna yenidən baxa biləcəyini etiraf edib.

Xəbər xətti