Xəbər verdiyimiz kimi, Biləsuvar-Bəhrəmtəpə magistralının Nəsimikənd kəndi ərazisindən keçən hissəsində hərəkətdə olan "DAF" markalı yük avtomobili ilə "VAZ-21011" markalı minik maşını toqquşub, nəticədə birinci idarəetməni itirərək aşıb. Hadisə nəticəsində Əfqan və Nadir Qarayev qardaşları yaralanıblar.
Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə zamanı daha bir insident yaşanıb.
Belə ki, yoldan keçən digər nəqliyyat vasitəsinin sürücüsü dərəyə düşən yük maşının sürücüsünə kömək etmək məqsədilə hadisə yerinə enib. Həmin vaxt hadisə yerinə gələn yaralı qardaşların 3-cü qardaşı, həmin sürücünü qəza törədən yük maşının sahibi ilə səhv salaraq ona bıçaqla hücum edib.
Nəticədə köməyə gələn sürücü qol nahiyəsindən bıçaq yarası alıb. Qolundan bıçaq yarası alan sürücü də xəstəxanaya yerləşdirilib.
A.Şammədliyə kəsilmiş-deşilmiş xəsarətlər yetirməkdə şübhəli bilinən Zəfər Qarayev polis əməkdaşları tərəfindən saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, faktla bağlı araşdırma aparılır.