İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları və donanma gəmiləri son saatlarda Suriyanın 12 hava hücumundan müdafiə batareyasına və erkən xəbərdarlıq radarlarına raket zərbələri endirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.
Məlumata görə, İsrail təyyarələri əsasən ölkənin Tartus və Latakiya arasındakı sahil bölgələrindəki hərbi hədəflərə hücum edib.
Bundan əlavə, Suriya ordusunun Dəməşqdən 220 km məsafədə Tartus şəhərinin şərqində yerləşən sursat anbarlarına da hava hücumları həyata keçirilib.
“Al Mayadeen”in məlumatına görə, hücum nəticəsində ölən və yaralananlar olub.