Azad edilmiş ərazilərdə Əlaqələndirmə Qərargahının üzvlərinin sayı artıb

18:30 - 16 Dekabr 2024 - Xəbər

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının üzvlərinin sayı artıb.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının tərkibinə edilən dəyişiklikdə əksini tapıb.

Aşağıdakılar Əlaqələndirmə Qərargahının yeni üzvləri olublar:

- Elçin Yusubov – Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi

- Vahid Hacıyev – Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov – Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi

Bəşir Hacıyev – Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi.

Fərid Qayıbov – Azərbaycan Respublikasının gənclər və idman naziri

Fuad Nağıyev – Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

Zaur Mikayılov – Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri

Saleh Məmmədov – Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri.

Sabiq ədliyyə naziri Fikrət Məmmədov və sabiq kənd təsərrüfatı naziri İnam Kərimovun adı siyahıdan çıxarılıb, ədliyyə naziri Fərid Əhmədov və kənd təsərrüfatı naziri Məcnun Məmmədov bu siyahıya əlavə olunub.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Xəbər xətti