Avropa İttifaqının 15-ci sanksiya paketinin tətbiqindən sonra Rusiya üçün qara siyahı 2386 nəfərə çatıb.
Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, siyahıya 1879 fiziki və 507 hüquqi şəxs daxildir. Onların əksəriyyətini Rusiya və əvvəllər Ukraynanın tərkibində olan azad edilmiş ərazilərin vətəndaşları və şirkətləri təşkil edir.
Bundan başqa, siyahıya Çin, İran, Şimali Koreya, Serbiya, Gürcüstan, BƏƏ və digər ölkələrin iş adamları, məmurları və şirkətləri daxildir.
Aİ-nin Rusiyaya qarşı əsas qara siyahısı 2014-cü ildə formalaşmağa başlayıb.