Sauna və hamam istifadəsinin ürək sağlamlığı baxımından da nəzərə alınması lazım olan məsələlər var. Sauna və hamam ürəyin yükünü artırır.
Ucnoqta.az xəbər verir ki, Ürək-damar Cərrahiyyəsi mütəxəssisi Prof. Dr. Bilgin Emrecan ürək xəstələrinə, idman həvəskarlarına və yaşlı insanlara sauna və hamamdan istifadə ilə bağlı xəbərdarlıq edib.
Sauna və hamamların yüksək istilik və rütubət səbəbiylə insan orqanizmində, xüsusilə də ürək-damar sistemində ciddi dəyişikliklərə səbəb olur:
“Bədən istiliyinin 40 dərəcəyə qədər çata bildiyi bu bölgələrdə həddindən artıq tərləmə nəticəsində itirilən maye ilə yanaşı, yüksək hərarət nəticəsində damarların genişlənməsi təzyiqi aşağı salır.
Ürək daha sürətli döyünür və qan təzyiqinin düşməsini kompensasiya etmək üçün daha güclü büzülməlidir. Beləliklə, ürəyin yükü çox artır. Bu vəziyyət, yəni ürəyin iş yükünün artması sağlam insanlarda dözülsə də, aorta qapağı darlığı olan xəstələr, yüksək təzyiq üçün dərman qəbul edənlər, ürək çatışmazlığı və damar darlığı olanlar üçün ciddi risklər daşıyır. Türk hamamı və saunanın ürək sağlamlığına mənfi təsiri spirtli içki qəbulundan sonra daha da artır.
Saunalar və türk hamamları diaqnozu qoyulmuş və ya diaqnoz qoyulmamış ürək xəstəliyi və spirtli içki qəbulundan sonra yüksək qan təzyiqi olan xəstələr üçün daha ölümcül nəticələrə səbəb ola bilər. Eynilə, yaşlı xəstələrdə ürək xəstəliyi olmasa belə, sauna və hamamda qan təzyiqinin ani düşməsinə və huşunu itirmə ehtimalı daha yüksəkdir.