"Vosmoy bazar"ın küçəsində parklanma yerləri təşkil edilib

15:22 - 16 Dekabr 2024 - Xəbər

Bakı şəhəri Nizami rayonunda yerləşən "8-ci km bazarı"nın ("Vosmoy bazar") bir hissəsinin yerləşdiyi keçədə qanunsuz parklanmaya qarşı tədbirlər görülüb.

Ucnoqta.az-ın məlumatına görə, bazarın bir hissəsinin yerləşdiyi Cəmşid Naxçıvanksi küçəsində ödənişli parkalanma yerləri təşkil edilib.

Qeyd edək ki, əvvəllər sözügedən ərazidə qanunsuz parklanma yerləri yaradılmışdı. Qanunsuz parklanma yerlərini təşkil edən şəxslər ("parkovşik") bazara gələn vətəndaşlardan ödəniş tələb edirdi. 

Ərazidə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən müvafiq nişanlar yerləşdirilib.

Hazırda vətəndaşlar avtomobillərini həmin ərazidə yaradılan ödənişli parklanma yerlərində saxlayır. Burada "parkinq"in bir saatı üçün 30 qəpik ödəniş nəzərdə tutulub

Xəbər xətti