“Qarabağ” mərkəz müdafiəçisiz qaldı

20:11 - 16 Dekabr 2024 - İDMAN

“Qarabağ”ın daha bir mərkəz müdafiəçisi zədə alıb.

Ucnoqta.az xəbər verir ki, hadisə bu gün “Sumqayıt”a qarşı keçirilən Misli Premyer Liqasının 17-ci turunun oyununda baş verib. 

Görüşün 27-ci dəqiqəsində Ağdam klubunun kapitanı və mərkəz müdafiəçisi Bədavi Hüseynov zədələnib. Onun yerinə meydana Elvin Cəfərquliyev daxil olub.

Bundan sonra “Qarabağ”da mərkəz müdafiəçisi qismində Mateus Silva ilə Toral Bayramov oynamağa başlayıb.

Xatırladaq ki, daha əvvəlki matçlarda “Qarabağ”da əsas komandanın digər iki mərkəz müdafiəçisi - Kevin Medina ilə Bəhlul Mustafazadə də zədə almış və uzun müddətə sıradan çıxıb. 

Xəbər xətti