Türkmənistan İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatında (İSESCO) müşahidəçi statusu alıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə rəsmi "Neytral Türkmənistan" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Türkmənistana bu status İSESCO Baş Konfransının Kazanda keçirilən 15-ci sessiyasında verilib.
İSESCO İslam Əməkdaşlıq Təşkilatının himayəsi altında fəaliyyət göstərən və 53 ölkəni birləşdirən ixtisaslaşmış hökumətlərarası təşkilatdır.