Xankəndi şəhər stadionunun avqust-sentyabr ayınadək tam hazır olacağı gözlənilir.
Ucnoqta.az xəbər verir ki, bu barədə gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə açıqlamasında deyib.
O, işlərin bir az ləngiməsinin səbəbini də açıqlayıb:
"Etiraf edəcəyəm, Xankəndi şəhər stadionu ilə bağlı bir az ləngimə oldu. Ötən il Xankəndidə III MDB Oyunlarının oxatma yarışı baş tutdu. Bu səbəbdən bəzi işləri ləngitməli olduq. Bu stadion UEFA standartlarına cavab verəcək. Burada beynəlxalq yarışların da keçirilməsini istəyirik. Milli komandamızın da burada bəzi oyunları keçirməsini istəyirik. Ot örtüyü, paltardəyişmə otaqları, tribunalar hazırdır. Bəzi tamamlama işləri gedir. Bəzi avadanlıqların xaricdən gələcəyi üçün gözləyirik. Ümid edirik ki, avqust-sentyabr ayınadək tam hazır olacaq".