BƏƏ sahillərində ticarət gəmisi qaçırılıb və hazırda İrana doğru gedir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Kral Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) açıqlamasında bildirilib.
UKMTO gəminin lövbərdə olarkən icazəsiz şəxslər tərəfindən qaçırıldığını və hazırda İranın ərazi sularına doğru hərəkət etdiyini bildirib.
Araşdırma davam edir.