Hantavirusa yoluxma halları arta bilər - ÜST-dən xəbərdarlıq

11:35 - 13 May 2026 - Xəbər

Hantavirusa yoluxma hallarının sayı qarşıdakı həftələrdə arta bilər.

Ucnoqta.az xəbər verir ki, bu barədə ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus bildirib. Bir sıra ölkələrdə yeni yoluxma halları qeydə alınıb və səhiyyə sistemlərinə monitorinqi və hazırlığı gücləndirmək tövsiyə olunur:
"Hazırda genişmiqyaslı epidemiyanın əlamətləri yoxdur, lakin vəziyyət dəyişə bilər və qarşıdakı həftələrdə daha çox yoluxma halı müşahidə edə bilərik."

Lakin ÜST vurğulayır ki, hantavirus COVID-19 pandemiyası qədər təhlükə deyil.

Xəbər xətti