İsrail kəşfiyyat xidməti Mossadda işləməkdə ittiham olunaraq həbs edilən Ehsan Afreşteh 13 may səhəri İran Ali Məhkəməsi tərəfindən edam cəzasına məhkum edilib və asılıb.
Ucnoqta.az bildirir ki, bu barədə İranın dövlət televiziyası məlumat verib.
Qeyd olunur ki, Afreşteh Nepalda Mossadın nəzarəti altında xüsusi təlim keçib və İsrail kəşfiyyatı ilə əməkdaşlıq etdiyi müddətdə üç dili - ingilis, fransız və ivrit dillərini mənimsəyib.
Müstəntiqlərin sözlərinə görə, iranlı İsrail kəşfiyyat xidmətində "Ceyms" təxəllüsünü istifadə edib və elektron poçt və müxtəlif mesajlaşma tətbiqləri vasitəsilə əlaqə saxlayıb. O, ilk Mossad tapşırıqlarını internet taksi sürücüsü adı altında yerinə yetirib.