Teleqüllədən bir az aşağıdakı sürüşmə ərazilərində əhali köçürülsə də, fundamental işlər aparılmalıdır.
Ucnoqta.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Badamdar–Bibiheybət tərəfdə bərkitmə işləri üçün tədqiqat aparılması ilə bağlı tapşırıq verilib. Tədqiqatlardan sonra bərkitmə işləri də aparılacaq.
Qurban Yetirmişli həmçinin qeyd edib ki, bina tikintisində təhlükəsizlik məsələlərinə ciddi diqqət göstərilməlidir:
"Kahramanmaraşa getdik, orada işlədik. Düşünürəm ki, bu zəlzələ bütün dünyaya bir dərsdir. O mənada ki, tikinti aparanda elə aparmalısan ki, gələcəkdə seysmik risk minimuma ensin, güclü dağıntılar və insan tələfatı olmasın”.