Britaniya hökuməti "Royal Mail"in çex milyarderə satışını təsdiqlədi - 5,3 milyard ...

13:09 - 16 Dekabr 2024 - DÜNYA

Böyük Britaniya hökuməti "Royal Mail"in çex milyarder Daniel Krzetinskinın "EP Group"a satışını təsdiqləyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, sövdələşmə 5,3 milyard funt sterlinq dəyərindədir və hökumət bazar ertəsi onu təsdiqləyəcək qərarını rəsmən elan edəcək.

Britaniya mediası bildirib ki, sövdələşmə ilə əlaqədar "Royal Mail"də ciddi dəyişikliklər gözlənilmir.
Poçt idarəsinin sahibi olan Beynəlxalq Dağıtım Xidmətləri may ayında səhmdarlarına şirkətin satışını təsdiq etməyi tövsiyə etmişdi.
Müqavilənin həyata keçirilməsinə, Britaniya qanunlarına görə, krallığın hakimiyyət orqanları icazə verməli idi.

Royal Mail 1516-cı ildə Kral VIII Henrix tərəfindən yaradılmışdır. Buraya 150 mindən çox işçi cəlb olunub.
Krzetinski daha əvvəl demişdi ki, o, ənənələrə mümkün qədər hörmətlə yanaşır və Royal Mail-in tarixinə heyrandır.

Xəbər xətti