Ofeliya Sənani xəstəxanaya yerləşdirilib

18:19 - 16 Dekabr 2024 - Cəmiyyət

Xalq artisti Ofeliya Sənani xəstəxanaya yerləşdirilib. 

Axşam.az-ın əldə etdiyi məlumata görə, ötən gecə teleaparıcının səhhəti pisləşib. Təcili yardım çağrılıb və o, xəstəxanaya aparılıb.

O.Sənaninin nəvəsi açıqlamasında nənəsinin hazırda xəstəxanada olduğunu, müalicə aldığını bildirib.

83 yaşlı aparıcının ağ ciyərində problem yaranıb.

Qeyd edək ki, O.Sənani bir müddət əvvəl də xəstəxanaya yerləşdirilmişdi. O, saytımıza açıqlamasında infarkt keçirtdiyini demişdi.

Xəbər xətti