Suriyadakı Rusiya bazalarının taleyi necə olacaq?

13:43 - 16 Dekabr 2024 - DÜNYA

Suriyadakı Rusiya bazalarının gələcəyi hələ müəyyən edilməyib, Moskva bu ölkədəki vəziyyətə nəzarət edən qüvvələrlə dialoq aparır.

Ucnoqta.az xəbər verir ki, vunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Hazırda bu məsələ ilə bağlı yekun qərar yoxdur, biz hazırda ölkədə vəziyyətə nəzarət edən qüvvələrin nümayəndələri ilə əlaqə saxlayırıq. Bütün bunlar dialoq zamanı müəyyən olunacaq”, - Kreml sözçüsü bildirib.
Rusiya Suriyada iki hərbi obyektə - Tartus liman şəhərindəki Rusiya Hərbi Dəniz Qüvvələrinin logistika mərkəzinə və Latakiya əyalətinin Cebla şəhəri yaxınlığında yerləşən Xmeymim aviabazasına malikdir.
Tartusdakı sovet bazası 1971-ci ildə ikitərəfli razılaşmaya əsasən yaradılıb. Rusiya Aerokosmik Qüvvələrinin Suriyadakı aviasiya qrupu 2015-ci il sentyabrın 30-da İslam Dövləti terror qruplaşması ilə mübarizədə Suriya ordusuna dəstək vermək üçün yaradılıb.

Xəbər xətti