Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) 2025-ci ildə təlimləri Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstanda keçiriləcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə KTMT-nin baş katibi İmanqali Tasmaqambetov mətbuat konfransında bildirib.
“Hər il biz operativ döyüş hazırlığı planı qəbul edirik, ona uyğun olaraq müxtəlif mövzular və istiqamətlər üzrə təlimlər keçirilir. 2025-ci il üçün operativ döyüş hazırlığı planı da qəbul edilib. Təlimlərimiz Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistanda keçiriləcək” - KTMT-nin baş katibi qeyd edib.