UEFA "Dinamo Minsk" ilə Konfrans Liqası matçında azarkeşlərin asdığı Belarus prezidenti Aleksandr Lukaşenkonun ünvanına təhqir yazılan pankartlara görə Polşa "Legiya"sını cərimələyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Polşanın “Zet” radiostansiyası məlumat yayıb.
Cərimə 17,5 min avro təşkil edib.
Noyabrın 7-də Varşavada Konfrans Liqasının ümumi turunun görüşü keçirilib və "Legiya"nın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Azarkeşlər oyunda Lukaşenkonu etnik polyaklara zülm etməkdə ittiham edərək onu hədələyən pankartlar asıblar.