BƏƏ sahillərindəki neft platformasında yanğın baş verib

15:43 - 13 Mart 2026 - DÜNYA

BƏƏ-dəki Cəbəl Əli limanından təxminən 39 dəniz mili şimal-qərbdə neft platformasında yanğın aşkar edilib və onun səbəbi araşdırılır.

Ucnoqta.az bildirir ki, bu barədə dəniz təhlükəsizliyi üzrə ixtisaslaşmış Britaniya şirkəti Ambrey məlumat verib.

Şirkətin açıqlamasında deyilir ki, Birləşmiş Ərəb Əmirliklərinin Cəbəl Əli şəhərindən təxminən 38,5 dəniz mili şimal-qərbdə yerləşən neft platformasında yanğın baş verdiyini bildirən ticarət gəmisi var.

Hadisə nəticəsində ticarət gəmilərinə heç bir ziyan dəyməyib və ya heyət üzvləri xəsarət almayıb.

Yanğın 12 mart axşamı baş verib. Səbəbini müəyyən etmək üçün araşdırma aparılır.

Xəbər xətti