Məhkəmə keçmiş icra başçısı ilə bağlı QƏRAR VERDİ

17:18 - 13 Mart 2026 - Xəbər

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun kassasiya şikayətinə baxılıb.

Ucnoqta.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Ali Məhkəmə bu gün son qərarını açıqlayıb.

Məhkəmə A.Məmmədova verilmiş yekun 10 il 6 ay həbs cəzasını qanunauyğun hesab edib. Bu əsasla şikayət təmin edilməyib.

Qeyd edək ki, A. Məmmədov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) icra hakimiyyətlərində keçirdiyi silsilə əməliyyatlar ərəfəsində tutulmuşdu. O, xüsusilə külli miqdarda mənimsəmə, rüşvət alma və qanunsuz əldə edilmiş pulları leqallaşdırmaqda təqsirli bilinib.

Xəbər xətti