Müsəlman məktəb şagirdləri xüsusi dəstək proqramından kənarlaşdırıldı

14:00 - 12 Mart 2026 - DÜNYA

Texas hakimiyyəti ştatdakı bütün müsəlman məktəblərini 1 milyard dollara başa gələcəyi təxmin edilən xüsusi tələbə dəstək proqramından kənarlaşdırıb.

Ucnoqta.az bildirir ki, bu barədə The Washington Post (WP) qəzeti məlumat verib.

Hakimiyyət orqanları bunun bir neçə müsəlman məktəbinin Amerika-İslam Münasibətləri Şurasının (CAIR) himayəsi altında tədbirlər keçirməsi ilə bağlı olduğunu izah ediblər. Şura Texas qubernatoru Qreq Abbottun qərarına əsasən, 2025-ci ilin noyabr ayında terror təşkilatı elan edilib.

CAIR əvvəllər terrorçuluqla bağlı bütün iddiaları təkzib etmiş və Texasdakı təxminən 20 müsəlman məktəbinin idarə heyəti ştat hökumətinin şagirdlərini əhəmiyyətli maliyyə yardımından məhrum etmək qərarını ayrı-seçkilik hesab etmiş və sonradan yerli administrasiyaya qarşı məhkəmə iddiası qaldırıb.

WP qeyd edir ki, proqram yerli məktəblərdəki hər bir şagirdə 2000 dollardan 30.000 dollara qədər ödənişlər təmin edir. Ailələr bu vəsaitləri növbəti tədris ilinin əvvəlindən başlayaraq əlavə özəl təhsil və ya digər təhsil xərcləri üçün istifadə edə bilərlər.

Xəbər xətti