Kahramanmaraşda episentri Göksun rayonunda olmaqla 4 bal gücündə zəlzələ baş verib.
Ucnoqta.az xəbər verir ki, Fəlakət və Təcili Yardım İdarəetmə Başkanlığının (AFAD) məlumatlarına görə, 7 kilometr dərinlikdə olan zəlzələnin 4 bal gücündə olduğu bildirilib.
Yeraltı təkanlar nəticəsində tələfat və dağıntılar qeydə alınmayıb.