İsrail Hərbi Hava Qüvvələri Livan paytaxtının Aramun ətrafındakı "Hizbullah" təşkilatının hədəflərinə hücum edib.
Ucnoqta.az xəbər verir ki, Əl-Cədidin məlumatına görə, təyyarə yerüstü hədəflərə bir neçə raket zərbəsi endirib.
Hücumun nəticələri və ya mümkün itkilər barədə hələlik məlumat yoxdur.
Martın 12-də İsrail pilotsuz təyyarəsi Beyrutun Ramlet əl-Beyda bulvarında "Hizbullah" maşınını məhv edib. Səhiyyə Nazirliyinin məlumatına görə, yeddi nəfər həlak olub, 21 nəfər yaralanıb.