24 yaşlı turist binanın 37-ci mərtəbəsinin pəncərəsindən yıxılıb

00:12 - 4 Dekabr 2024 - DÜNYA

Tailandda çoxmərtəbəli binanın yaxınlığında pəncərədən yıxılan rus qadın tapılıb.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Banqkokda, Phaya Thai rayonunda baş verib.
24 yaşlı qadın 37-ci mərtəbənin pəncərəsindən yıxılaraq küçəyə düşüb. Hadisə yerinə gələn həkimlər zərərçəkmişi xilas edə bilməyiblər.

Hadisədən sonra polis əməkdaşları araşdırmalara başlayıb.
Məlum olub ki, hadisə zamanı rusiyalı qadının 39 yaşlı sevgilisi də Rusiya Federasiyasının vətəndaşıdır. 

Qonşuların sözlərinə görə, hadisədən əvvəl onlar mübahisə səsini eşidiblər. 

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırmaları davam etdirir.

Məlum olub ki, cütlük bir il müddətinə kirayə mənzildə olsalar da, 15 gün həmin mənzildə birlikdə yaşayıblar.

Xəbər xətti