Şahruddin Məhəmmədəliyev meydanlara qayıdır

16:46 - 4 Dekabr 2024 - İDMAN

Azərbaycan millisinin və "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev dörd aydan sonra yaşıl meydanlara qayıdır.

"Report" xəbər verir ki, 30 yaşlı qolkiper Ağdam təmsilçisinin "Qəbələ"yə qarşı keçirəcəyi Azərbaycan Kubokunun 1/8 final mərhələsinin matçında start heyətində yer alıb.

Qarşılaşma saat 16:00-da start götürəcək.

Qeyd edək ki, oyunçu cari ilin avqustunda məşqdə zədələndikdən sonra əməliyyat olunmuşdu. Ş.Məhəmmədəliyev sonuncu dəfə avqustun 2-də, Misli Premyer Liqasının I turunda "Araz-Naxçıvan"a 4:1 hesabı ilə qalib gəldikləri görüşdə meydanda olub.

Xəbər xətti