Tbilisidə keçirilən mitinqdə Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları müxalif Axali partiyasının üzvü, yunan-Roma güləşi üzrə bürünc medalçı, ikiqat dünya çempionu Zurab Datunaşvilini saxlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Gürcüstanın “Mtavari Arxi” telekanalı məlumat yayıb.
Datunaşvili mitinqin keçirildiyi parlament binasının yaxınlığında, Azadlıq meydanında yerləşən mehmanxanada görüşdə olub. Görüşdən sonra çölə çıxıb.
Otelin yaxınlığında dava düşüb və polis onu saxlamağa məcbur olub.