Sabirabadda bədbəxt hadisə baş verib.
“Report”un məlumatına görə, hadisə rayonun Sarxanbəyli kəndində qeydə alınıb.
İlkin məlumata görə, kənd sakini, 1956-cı il təvəllüdlü Vəliyev Rafiq Balabəy oğlu həyətdə elektrik mişarı ilə odun doğrayarkən ehtiyatsızlıqdan sol ayağını kəsib.
R.Vəliyev Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.