İtlər sahibini parçalayıb öldürdülər - Bakıda DƏHŞƏT

13:54 - 4 Dekabr 2024 - HADİSƏ

Bakıda it öz sahibini parçalayaraq öldürüb.

Ucnoqta.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu NZS qəsəbəsində qeydə alınıb.

Orada yaşayan, 70 yaşlı Ə.Y. saxladığı alabay cinsli itlər sahibinə hücum edib.

Səs-küyə qonşular gəlsələr də, itlərin qarşısında aciz qalıblar.

Nəticədə itlər sahibini parçalayaraq öldürüb.

Hadisə yerinə polis əməkdaşları çağırılıblar.

Polisin müdaxiləsindən sonra itlər zərərsizləşdirilib.

Qonşuların bildirdiyinə görə, Ə.Y. biri erkək, biri dişi olmaqla 2 nəhəng it saxlayıb.

Xəbər xətti