Polşa MiQ-29 qırıcılarını artıq Kiyevə göndərilmək üçün hazırlanan hərbi yardım paketlərinə daxil etməyi planlaşdırmır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosiniyak-Kamış TVN24 telekanalında məlumat verib.
O, Varşavanın hazırda Kiyevə ötürdüyü hərbi yardım paketlərinin məzmununu açıqlamadan əlavə edib: “Biz indi ötürülməsi mümkün olan belə avadanlıqları çatdırırıq”.
Noyabrın əvvəlində respublika prezidenti Anjey Duda NATO-nun baş katibi Mark Rutte ilə danışıqlardan sonra alyansdan Polşa səmasının qorunmasına zəmanət almadan Ukraynaya vəd etdiyi MiQ-29 qırıcılarını təhvil verməyəcəyini bildirib.