Qərbin davamlı olaraq Kiyevi NATO-ya cəlb etmək cəhdləri Ukrayna münaqişəsinin əsas səbəblərindən biridir.
Ucnoqta.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin ŞƏT sammitində çıxışı zamanı deyib.
O, böhranın daha çox 2014-cü ildə Kiyevdə Qərbin təhrik etdiyi dövlət çevrilişi ilə bağlı yarandığına diqqət çəkib.
"Böhranın ikinci səbəbi Qərbin Ukraynanı NATO-ya cəlb etmək üçün davamlı cəhdləridir ki, bu, bizim dəfələrlə vurğuladığımız və uzun illər ərzində dediyimiz kimi, Rusiyanın təhlükəsizliyinə birbaşa təhdiddir", - Putin vurğulayıb.
Rusiya prezidenti 2014-cü ildə baş vermiş çevriliş nəticəsində “Ukraynanın NATO-ya daxil olmasını dəstəkləməyən ölkənin siyasi rəhbərliyinin kənarlaşdırıldığına” diqqət çəkib.