İstanbulda spirtli içkidən ölənlərin sayı 17-yə çatıb

15:14 - 4 Dekabr 2024 - Xəbər

 İstanbulda saxta spirtli içkidən zəhərlənərək ölənlərin sayı 17-yə yüksəlib, 22 nəfər isə xəstəxanalarda müalicə olunur.

Ucnoqta.az xəbər verir ki, bu barədə yerli polisdəki mənbələrə istinadən Habertürk telekanalı məlumat yayıb.

Məlumata görə, şəhərin səkkiz rayonunda saxta spirtli içkidən zəhərlənmə halları qeydə alınıb, 46 nəfər həkimə müraciət edib, onlardan 17-si dünyasını dəyişib.
 Daha əvvəl yeddi nəfərin öldüyü bildirilmişdi.

İş üzrə aparılan istintaq tədbirləri çərçivəsində 19 nəfər saxlanılıb, onlardan 8-i qəsdən adam öldürməyə cəhd ittihamı ilə məhkəmənin qərarı ilə həbs edilib.

Xəbər xətti