Ermənistan 2019-cu ildə Rusiyanın tələbi ilə missiya göndərib - Paşinyan

19:49 - 4 Dekabr 2024 - DÜNYA

İrəvan 2019-cu ildə Rusiya Federasiyasının tələbi ilə Suriyaya istehkamçılar və həkimlərdən ibarət missiya göndərib, baxmayaraq ki, Qərbdə onu belə bir qərar qəbul etməməyə inandırıblar.

Ucnoqta.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

"Biz bu missiyanı müttəfiqimizin xahişi ilə göndərdik. Bu addımla müttəfiqimizə müttəfiqlik münasibətlərinin bizim üçün nə demək olduğunu göstərdik.
Bizə dedilər ki, biz Qərbin marionetiyik, Qərb ən yüksək səviyyədə məni belə bir addım atmamağa inandırdı, amma mən müttəfiqimizə müttəfiqlik münasibətlərinin bizim üçün nə demək olduğunu göstərmək üçün qərar verdim və bu missiyanı göndərdim” - Paşinyan qeyd edib.

Ermənistan Nazirlər Kabinetinin rəhbərinin sözlərinə görə, buna baxmayaraq, Ermənistanın bəzi müttəfiqləri çətin anlarda ölkəni tərk ediblər.

Ötən həftə Ermənistan Hələb bölgəsindən missiyasını geri çəkib.

Xəbər xətti