ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib

19:32 - 4 Dekabr 2024 - DÜNYA

ABŞ Maliyyə Nazirliyi Rusiya Federasiyası üçün sanksiya siyahılarını genişləndirərək, onlara beş fiziki və beş hüquqi şəxs əlavə edib.

Ucnoqta.az xəbər verir ki, müvafiq siayhı nazirliyin saytında yerləşdirilib.

Məhdudiyyətlər üç Rusiya vətəndaşına, bir Latviya vətəndaşına və bir Ukrayna vətəndaşına şamil edilib.
Siyahılara ABŞ, Tailand, Böyük Britaniya, BƏƏ-dən olan təşkilatlar, habelə London, Moskva, Riqa, Sinqapur və İstanbulda nümayəndəlikləri olan şirkətlər də daxil edilib.

Xəbər xətti