Avstraliyanın Seuldakı səfirliyi vətəndaşların şəxsən qəbulunu dayandırıb və Koreya Respublikasındakı həmvətənlərini diqqətli olmağa və insanların sıx toplaşdığı yerlərə getməməyə çağırıb.
Ucnoqta.az xəbər verir ki, müvafiq açıqlama Avstraliya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.
Bildirilir ki, Avstraliyanın Seuldakı səfirliyi açıqdır, lakin şəxsi səfərlər mümkün deyil.
“Sizin və ya başqa bir avstraliyalının rifahı ilə bağlı ciddi narahatlığınız varsa, təcili yardım üçün Xarici İşlər Nazirliyinin Konsulluq Mərkəzi ilə telefonla əlaqə saxlayın”, – diplomatlar xəbərdarlıq edib.