Brent markalı neftin qiyməti noyabrın 26-dan bəri ilk dəfə 74 dolları ötüb
Ucnoqta.az xəbər verir ki, Londonun ICE birjasında Brent markalı neftin fevral fyuçerslərinin qiyməti 26 noyabr 2024-cü ildən bəri ilk dəfə 74 dollar/barel keçib.
Neftin bir barelinin qiyməti 0,62% artaraq 74,08 dollar olub.
Eyni zamanda, WTI markalı xam neftin yanvar fyuçersləri 0,56% artaraq barel üçün 70,33 dollar olub.