KTMT-nin baş katibi Ermənistanın müzakirələrdə iştirak etməməsinə münasibət bildirib

14:49 - 4 Dekabr 2024 - DÜNYA

KTMT-nin baş katibi Ermənistanın strukturun müzakirələrində iştirak etməməsinə münasibət bildirib

Ucnoqta.az xəbər verir ki, bu barədə təşkilatın baş katibi İmanqali Tasmaqambetov deyib.

“Ermənistanın təşkilatımızda gedən bütün məsələlərin müzakirəsində iştirak etməməsi işimizin səmərəliliyinə təsir göstərmir. Bununla belə, biz ondan çıxış edirik ki, Ermənistan Respublikası bizim müttəfiqimizdir və Ermənistan qarşısında bütün öhdəliklərimiz qalır”.

İmanqali Tasmaqambetov vurğulayıb ki, Ermənistan istənilən vaxt təşkilatın işində tam miqyaslı iştiraka qayıda bilər.

Xatırladaq ki, noyabrın 28-də KTMT-nin Astanada sammiti keçirilib, Ermənistan tədbirdə iştirak etməyib.

Xəbər xətti