Bu ərazilərdə qaz təchizatı dayandırılacaq

08:35 - 4 Dekabr 2024 - ÖLKƏ İÇİ

“Qaz İxrac” İdarəsi tərəfindən “Əliuşağı” QPS-də qaz tənzimləyici qurğuların dəyişdirilməsi məqsədilə bu gün saat 10:00-dan 18:00-dək “Göygöl əhali” və “Samux əhali” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə Ucnoqta.az-a Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Azəriqaz İstehsalat Birliyindən bildirilib.

Mingəçevir şəhəri 1 saylı İncəsənət Musiqi məktəbinə qazın verilməsi və şəhərin Füzuli küçəsində yerüstü daşıyıcı qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə saat 10:00-dan sözügedən ərazidə qaz təchizatının dayandırılması nəzərdə tutulub.

Həmçinin paytaxtın Nərimanov rayonunun İ.Həsənoğlu və Təbriz küçələrinin kəsişməsində siyirtmədə aşkar olunmuş qaz sızmasının ləğv edilməsi məqsədilə 04.12.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Göygöl rayonunun (şəhər mərkəzi və 23 yaşayış məntəqəsi), Mingəçevir şəhərinin və paytaxtın Nərimanov rayonunun (Həsənoğlu, Təbriz və K.Rəhimov küçələri) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Xəbər xətti