Şimali Atlantika Alyansı 2025-ci ildə İordaniyada öz əlaqə ofisini açmağa hazırlaşır.
Ucnoqta.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken Belçikanın paytaxtında keçirdiyi mətbuat konfransında jurnalistlərə deyib.
Diplomat bildirib ki, NATO gələn il Əmmanda regionda ilk əlaqə ofisini açacaq və NATO ilə Yaxın Şərq ölkələri arasında əlaqələri daha da gücləndirəcək.