Qəzzada həlak olanların sayı 44500-ü ötdü

17:02 - 3 Dekabr 2024 - DÜNYA

İsrail ordusunun əməliyyatları nəticəsində blokada altında olan Qəzza zolağında son sutka ərzində 40-a yaxın şəxs həlak olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə məlumatı anklavın Səhiyyə Nazirliyi yayıb.

Məlumata görə, son 24 saat ərzində İsrailin Qəzzaya təcavüzü nəticəsində 36 nəfər ölüb, 96 nəfər yaralanıb.
Qeyd olunur ki, İsrail qüvvələrinin hərbi əməliyyatı başlayandan bəri Qəzzanın fələstinli əhalisi arasında qurbanların ümumi sayı eyni dövrdə 44 502 nəfərə çatıb, 105 454 nəfər yaralanıb.

Xəbər xətti