Xuliqanlıq və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən məhkəməyə daxil olan vəsatətə baxılıb.
Ucnoqta.az xəbər verir ki, təqdimata bu gün Binəqədi rayon Məhkəməsində hakim Aytəkin İbrahimovanın sədrliyi ilə baxılıb.
Məhkəmə vəsatəti təmin edib. Qərara əsasən, Rüfət Səfərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Rüfət Səfərov dekabrın 3-də saxlanılıb. Binəqədi rayon Polis İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 127.2.3 (Qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.///apa
17:42
Xuliqanlıq və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən məhkəməyə vəsatət daxil olub.
APA xəbər verir ki, təqdimata bu gün Binəqədi rayon Məhkəməsində baxılacaq.
Hazırda məhkəmə keçirilir.
Qeyd edək ki, Rüfət Səfərov dekabrın 3-də saxlanılıb.
Binəqədi rayon Polis İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.