Xəbər verdiyimiz kimi, martın 2-də Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. İmtahanda 57 mindən çox şagird iştirak edib.
Ucnoqta.az xəbər verir ki, son altı ildə buraxılış imtahanlarında maksimum nəticə göstərən şagirdlərin statistikası sosial şəbəkədə paylaşılıb. Belə ki, 2019-cu ildə maksimum 300 balı 4 nəfər, 2020-ci ildə 5 nəfər toplasa da sonrakı illərdə say azalıb. 2021-ci il və 2022-ci ildə 2 nəfər maksimum nəticə göstərib. 2023-cü ildə isə heç bir şagird DİM imtahanında 300 balı toplaya bilməyib. 2024-cü ildə isə maksimum nəticə göstərənlərin sayı artaraq 55 nəfər olub. Bu isə sosial şəbəkə izləyiciləri arazında geniş müzakirəyə səbəb olub.
Onlar DİM-in buraxılış imtahanlarının təşkilinn düzgün aparmadığını iddia ediblər.