Dəriyə qulluqda yeni tendensiya - Pivə vannaları

08:52 - 7 Mart 2025 - MARAQLI

Pivə vannaları son vaxtlar təkcə kişilərin deyil, qadınların da ürəyini fəth edib. Kim xoşbəxtliyin köpüklü okeanına dalmaq, problemlərini boğmaq və yeni doğulmuş körpə kimi üzə çıxmaq istəməz ki? Kosmetoloqlar bizə bu harmoniyaya nail olmaq üçün yeni üsul təklif edirlər, pivə vannaları!

Ucnoqta.az xəbər verir ki, qədim miflərə görə, qadınlar ilk dəfə dəri və saçlarını yaxşılaşdırmaq üçün pivədən istifadə etməyə Qədim Misirdə başlamışlar. Onlar pivə vannaları qəbul edirdilər və bunun onları daha gənc və cazibədar göstərdiyinə inanırdılar.

Müştərilərini təəccübləndirməyə və sevindirməyə çalışan müasir gözəllik salonları öz xidmət çeşidlərinə əsl xoşbəxtliyi – pivədə spa prosedurunu dadmaq imkanı əlavə edirlər. Dermatoloqlar da kənara çəkilmir və içkinin komponentlərinin həqiqətən dəri və saça faydalı təsir göstərdiyini iddia edirlər.

Həkim Coşua Zayxner özü bildirib ki, vitamin və minerallarla zəngin olan şerbetçiotu dərini sakitləşdirir, iltihabı aradan qaldırır və hətta yüngülləşdirir. Şerbetçiotu və pivə mayası dərinin və saçın vəziyyətini yaxşılaşdırmağa kömək edən unikal xüsusiyyətlərə malikdir.

Xəbər xətti