Binəqədidə silah-sursat aşkarlanıb

11:56 - 7 Mart 2025 - HADİSƏ

Binəqədi rayonunda silah-sursat aşkarlanıb.

Bu abrədə Ucnoqta.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri növbəti tədbir nəticəsində rayon ərazisində 1 avtomat silahı, 1 patron darağı və 19 patron tapılaraq götürülüb.

Araşdırma aparılır.

Xəbər xətti