Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşları qəzaya düşdü - ölən var

21:27 - 6 Mart 2025 - ÖLKƏ İÇİ

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları Məmmədova Svetlana və Fərzəliyev Rafet xidməti vəzifələrini yerinə yetirərkən avtomobil qəzasına uğrayıblar.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəlikdən bildirilib. 

Qeyd olunub ki, Məmmədova Svetlana hadisə yerində dünyasını dəyişib, Fərzəliyev Rafət isə xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Xəbər xətti