İsrail Qəzza və İrana qarşı müharibə ili elan edib

08:25 - 6 Mart 2025 - DÜNYA

İsrail Müdafiə Qüvvələrinin  yeni Baş Qərargah rəisi Eyal Zamir hərbçilərə deyib ki, 2025-ci il müharibə ili olacaq, əsas diqqət Qəzza zolağı və İran olacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Jerusalem Post” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, Zamir İsrail silahlı qüvvələrinin digər cəbhələrə də diqqət yetirəcəyini vurğulayıb. O, İsrail ordusunun son illərdə nisbi qələbə və ya çəkindirmə üzərində fokuslandığı üçün mühüm dəyər kimi qələbə anlayışını vurğulayacağını qeyd edib.
 Qəzza zolağında saxlanılan girovların ailələrinə müraciət edən Zamir onların azad edilməsi üçün əlindən gələni edəcəyinə vəd verib.

Qeyd edək ki, Eyal Zamir çərşənbə günü rəsmi olaraq İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinin icrasına başlayıb.

Xəbər xətti