ABŞ Ali Məhkəməsi ABŞ prezidenti Donald Tramp administrasiyasının xarici tərəfdaşlara təxminən 2 milyard dollarlıq yardım ödənişlərinin bərpasına etiraz etmək cəhdini rədd edib.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məhkəmə sənədlərində deyilir.
Baş hakim Con Roberts də daxil olmaqla, beş Ali Məhkəmə hakimi təkzibin lehinə, dördü isə əleyhinə səs verib.
Müzakirə Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin artıq göstərilən xidmətlərə və işlərə görə ödənişləri ilə bağlı olub.